İsrail və Çad arasındakı diplomatik münasibətlər 47 ildən sonra yenidən başlayıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahu Mərkəzi Afrika ölkələrini ziyarət edib. Səfər çərçivəsində Netanyahu Çad prezidenti İdris Debi ilə də görüşüb.
İki ölkə arasında 1972-ci ildə kəsilən diplomatik münasibətlərin yenidən formalaşdırılması və bəzi əməkdaşlıq məsələlərinə dair saziş imzalanıb.