Xəbər lenti

İsrail və HƏMAS niyə atəşkəs qərarı verdi? (ŞƏRH)
Dünya11:46 20.12.2023

İsrail və HƏMAS niyə atəşkəs qərarı verdi? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Atəşkəs təklifi münaqişənin qlobal xarakter alması təhlükəsinin qarşısını almağa hesablanıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq İlqar Vəlizadə əsirlərin azad edilməsi üçün yenidən hərbi əməliyyatların bir həftəlik müvəqqəti dayandırılamsı təklifini şərh edərkən deyib. 
İ.Vəlizadə qeyd edib ki, belə təkliflər tərəflər, eyni zamanda regional qüvvələrin uzunmüddətli atəşkəsin elan olunması barədə fikirləşdiklərinin göstəricisi sayıla bilər:
”Düşünürəm ki, buna ehtiyac var. Çünki  müharibənin davam etdirilməsi onun coğrafiyasının genişlənməsilə nəticələnə bilər ki, bu da öz növbəsində daha ciddi problemlərə gətirib çıxarar.  Qırmızı dəniz üzərində gedən proseslər göstərir ki, münaqişə ocaqları çoxalır. Çoxaldıqca da onları idarə etmək və ya çözmək daha çətin olacaq. Bu   zaman yeni iştirakçıların prosesə qoşulması isə onun  artıq lokal deyil, qlobal xarakterindən xəbər verir.  İsrailin bu atəşkəs təklifi münaqişənin lokal xarakterdən qlobal xarakterə keçməsini özündə ehtiva edən tendensiyanın qarşısını almağa və tərəflərin müəyyən ortaq məxrəcə gəlmələrinə hesablanıb.
Uzunmüddətli proqnoz vermək isə çətindir. Çünki burada proqnozlaşdırılmayan  məqamlar çoxdur. Bütün hallarda hadisə onu göstərir ki, tərəflər müharibənin bitməsilə bağlı müəyyən fikirlər ortalığa qoyurlar”. 
Qeyd edək ki, İsrail əsirlərin azad edilməsi ilə bağlı yeni saziş çərçivəsində HƏMAS-a bir həftəlik hərbi əməliyyatları müvəqqəti dayandırmağı təklif edib. "Axios" nəşri xəbər verir ki, təklif İsrailin Mossad kəşfiyyat agentliyinin rəhbəri David Barnea tərəfindən irəli sürülüb. O, qeyd edib ki, məqsəd hazırda HƏMAS-ın girovluğunda olan 40-a yaxın əsirin azad edilməsinə nail olmaqdır”. 
Rüfət Sultan