Xəbər lenti

İsrail vətəndaşlarını Türkiyəni təcili tərk etməyə çağırdı
Dünya05:07 18.10.2023

İsrail vətəndaşlarını Türkiyəni təcili tərk etməyə çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsrail vətəndaşlarına Türkiyəni təcili tərk etmələri tövsiyə olunur, çünki orada terror aktları təhlükəsi yüksəkdir.
Qaynarinfo Newsru.co.il-ə istinadən xəbər verir ki, bu barədə İsrail Milli Təhlükəsizlik Şurasının bəyanatında deyilir.
Milli Təhlükəsizlik Şurası Türkiyədə İsrail vətəndaşları üçün təhlükə səviyyəsinin ən yüksək - dördüncü səviyyəyə qaldırıldığını qeyd edib.
Eyni zamanda, Mərakeşdə israillilər üçün terror təhlükəsinin səviyyəsi ikinci səviyyəyə qaldırılıb - onlara ehtiyat tədbirlərini gücləndirmək tövsiyə olunur.
Qeyd edək ki, bundan əvvəl də İsrail vətəndaşlarına Yaxın Şərq ölkələrinə getməmək və təcili olaraq Sinayı tərk etmək tövsiyə edilib.
Nizami Bağırov