Xəbər lenti

İsrail XİN şefi Türkiyə ilə əməkdaşlığın genişlənməsindən danışdı
Dünya10:37 25.05.2022

İsrail XİN şefi Türkiyə ilə əməkdaşlığın genişlənməsindən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsrail və Türkiyə "eniş-yoxuş"dan sonra münasibətlərində yeni səhifə açır və iqtisadi tərəfdaşlıqları genişləndirməyə çalışırlar.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu sözləri İsrailin xarici işlər naziri Yair Lapid deyib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsrail və Fələstin ərazilərinə iki günlük səfərə gəlib. Bu, yüksək rütbəli türk rəsmisinin son 15 ildə ilk belə səfəridir.
İsrail və Türkiyənin yüksək çinli diplomatları çərşənbə günü bildiriblər ki, iki ölkə on ildən artıqdır davam edən gərgin münasibətlərə son qoymaq istəyir və iqtisadi əlaqələri genişləndirməyə ümid edirlər.
"Məqsəd ölkələrimiz arasında iqtisadi və sivil əməkdaşlığı formalaşdırmaq və genişləndirməkdir və iki ölkənin müqayisəli üstünlüklərindən pandemiya və hətta siyasi gərginlik dövründə belə regional və qlobal miqyasda istifadə etməkdir”,- İsrailin xarici işlər naziri Yair Lapid Qüdsdə Çavuşoğlu ilə birlikdə verdiyi açıqlamada deyib.
Lapid və Çavuşoğlu ölkələrinin yeni mülki aviasiya müqaviləsi üzərində işə başlayacaqlarını bildiriblər.
Türkiyə və İsrail uzun müddətdir gərginləşən əlaqələri düzəltmək üçün çalışırlar. Hazırda enerji məsələləri potensial əməkdaşlıq üçün əsas sahədir. İki ölkə 2018-ci ildə səfirlərini ölkədən çıxarıb və İsrail-Fələstin münaqişəsinə görə tez-tez sözlü konfliktlər yaşayıblar. 
"Biz inanırıq ki, əlaqələrimizin normallaşması münaqişənin sülh yolu ilə həllinə də müsbət təsir göstərəcək. Türkiyə dialoq istiqamətində səyləri davam etdirmək üçün məsuliyyəti öz üzərinə götürməyə hazırdır", - Çavuşoğlu bildirib.
Nurlan Hüseynov