Xəbər lenti

İsrail yeni kürd dövlətini tanıyacağını bəyan etdi
Dünya19:36 26.06.2014

İsrail yeni kürd dövlətini tanıyacağını bəyan etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İraq gözümüzün qarşısında parçalanır və müstəqil bir kürd dövlətinin qurulması qaçınılmaz olacaq".
Axar.az xəbər verir ki, bu sözləri İsrail Xarici işlər naziri Aviqdor Liberman ABŞ Dövlət katibi Con Kerri ilə görüşü zamanı deyib.
Liberman kürd dövlətinin yaradılacağı halda, bu dövləti qəbul edəcəklərini bildirib. Bundan əvvəl isə İsrail prezidenti Şimon Peres amerikalı həmkarı Obama ilə görüşdə kürdlərin defakto olaraq dövlətlərini qurduqlarını və Türkiyənin də onlardan neft alaraq buna hazır olduqlarını söyləyib.
Xatırladaq ki, İsrail kürd rəhbərliyindən ilk neft ticarətini həyata keçirmişdi, ABŞ isə buna qarşı çıxmışdı.
Qaynar.info