Xəbər lenti

İsraildə hökumət böhranı: Nə baş verir? – Politoloq
Siyasət08:07 21.06.2022

İsraildə hökumət böhranı: Nə baş verir? – Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Naftali Bennetin baş nazir olduğu İsrail hökuməti istefa verib. Tərəflər həmçinin Knessetin buraxılması və növbədənkənar seçki keçirilməsi qərarına gəliblər. Yeni hökumətin formalaşmasına qədər aralıq dövrdə Yair Lapid baş nazir vəzifəsini icra edəcək.  
Qaynarinfo-ya açıqlamasında məsələni şərh edən politoloq Taleh Əliyev bildirib ki, bu istefa ölkə daxili böhranla bağlı deyil. Sadəcə, İsrail yeniləşən dünya düzəninə uyğun yeni konfiqurasiya yaratmaq üçün erkən seçkilərə gedir:
"Demokratik ölkə olan İsraildə hökumətin istefaya getməsini təbii proses kimi qiymətləndirməliyik. Bu istefa heç də ölkə daxili böhranla bağlı deyil. İsrailin milli maraqları ilə bağlı məsələdə prinsipial fikir ayrılıqları yoxdur. İsrailin ərəb dövlətləri və Türkiyə ilə normal münasibətlərinin yaradılması istiqamətində ciddi addımlar atılır. Təl-Əviv artıq ərəb dövlətlərilə müharibə deyil, əməkdaşlıq dililə danışmaq təşəbbüsündə bulunur. Növbəti seçkilərdən sonra bunun davam etdirilməsinin şahidi olacağıq. 
Artıq yeni dünya düzəni yaranır. ABŞ-ın yaxın müttəfiqi olan İsrail də yeniləşən dünya düzəninə uyğun ölkədaxili yeni konfiqurasiya yaratmaq üçün erkən seçkilərə gedir. Düşünürəm ki, bundan sonra qurulacaq yeni hökumət də İsrail dövlətinin bəlli siyasətini davam etdirəcək”. 
Rüfət Sultan