Xəbər lenti

İsraildə qeyri-adi aksiya: nümayişçilər sosial məsafəni qorudular (VİDEO)
Dünya15:36 20.04.2020

İsraildə qeyri-adi aksiya: nümayişçilər sosial məsafəni qorudular (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı bir vaxtda İsraildə minlərlə insan baş nazir Binyamin Netanyahuya qarşı etiraz aksiyası keçiriblər.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, aksiyada maraqlı məqam isə nümayişçilərin pandemiyanın yayılma təhlükəsini nəzərə alaraq, sosial məsafə qaydalarına riayət etmələri olub. Əllərində ağ bayraqlar tutan aksiya iştirakçıları Netanyahu əleyhinə şüarlar səsləndiriblər.
Arada məsafə saxlamaqla yürüş keçirən nümayişçilər koronavirusa qarşı mübarizə çərçivəsində mobil telefonlarının izlənməsinə icazə verən baş naziri şəxsi hüquqları pozmaqda ittiham ediblər.
Qeyd edək ki, ölkədə hökumətin qurulması prosesi yenə baş tutmayıb. İsrail prezidenti Mavi Ağ partiyasının liderinə əlavə 40 gün vaxt versə də, o, yenə koalisiyalı hökuməti formalaşdıra bilməyib.
Camal