İsraildə koalisiyalı hökumət qurmaq vəzifəsi tapşırılan Mavi-Ağ İttifaqının lideri Benji Qantz ona verilən əlavə vaxtda da hökumətu qura bilməyib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Qantzın partiyası ilə Netanyahunun liderlik etdiyi Likud partiyası arasındakı danışıqlar heç bir nəticə verməyib.
Mətbuatın yazdığına görə, Likud partiyası İsrail konstitusiyasına Ali Məhkəmənin səlahiyyətlərinin azaldılması barədə dəyişiklik edilməsini tklif edib, lakin Mavi-Ağ İttifaqı buna qarşı çıxıb. Xəbərdə Likudun barəsindəki korrupsiya ittihamları səbəbindən Netanyahunun hökumət qura bilməyəcəyindən qorxduğu üçün Ali Məhkəmənin səlahiyyətlərini azaltmaq istədiyi qeyd edilir.
Qeyd edək ki, ölkə prezidenti Reuven Rivlin Benni Qantza hökumət qurması üçün əlavə 48 saat vaxt vermişdi.
Camal