Xəbər lenti

İsraildə yeni qərarlar: Ordu və polis güclənir, vətəndaşların silah alması asanlaşır
Dünya 12:36 29.01.2023

İsraildə yeni qərarlar: Ordu və polis güclənir, vətəndaşların silah alması asanlaşır

Son terror aktlarından sonra İsraildə ordu və polis bölmələri gücləndiriləcək. Bundan əlavə, ölkə vətəndaşları üçün silah əldə etmək sistemi sadələşdiriləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu öz "Twitter" hesabında yazıb. O, Qüdsdə baş verən terror aktlarına cavab tədbirləri barədə danışıb. 

Baş nazir bildirib ki, Nazirlər Kabinetinin Təhlükəsizlik Məsələləri üzrə keçirilən iclasının yekununda bir sıra qərarlar qəbul edilib:

Qanuna tabe olan israillilər üçün silah gəzdirməyə icazələrin alınması proseduru sadələşdiriləcək. 

Qüdsdə terror aktını törədən terrorçunun evi söküləcək, terrorçuluğu dəstəkləyənlərin ailələri Milli Sığortada hüquqlardan digər güzəştlərdən məhrum ediləcək, terrora dəstək verənlərin ailələrinə şəxsiyyət vəsiqələrinin verilməməsi məsələsi Nazirlər Kabinetinin iclasında müzakirəyə çıxarılacaq.

Həmçinin ordu və polis bölmələrinin gücləndirilməsi, saxlanılma praktikasının və qanunsuz saxlanılan silahların ələ keçirilməsi üçün məqsədyönlü əməliyyatların genişləndirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, yanvarın 27-si İsrailin Yerusəlim şəhərinin Neve Yaakov yəhudi məhəlləsində sinaqoqa silahlı hücum olub. Hadisə zamanı 8 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->