
"Kimyəvi silahlar məhv edilməzsə, müharibə qaçılmaz olacaq"
İsrail prezidenti Şimon Peres Suriya ilə bağlı rəsmi mövqeyini açıqlayıb.
Onun sözlərinə görə ABŞ Suriyadakı qüvvələrini o zaman işə salacaq ki, rəsmi Dəməşq verdiyi vədləri yerinə yetirməyəcək.
Qaynar.info məlumatına görə, xəbəri "France-Presse" Agentliyi yayıb.
İsrail prezidenti bəyan edib ki, əgər Suriya "dürüstlük edib və kimyəvi silah arsenalının aradan qaldırılması üçün real tədbirlər görsə", Vaşinqton hücumdan imtina edəcək.
Agentliyin yaydığı xəbərdə vurğulanır ki, rəsmi Dəməşqin hər hansı bir müqaviləyə uygun olmayan cəhdi bütün məsələlərin hərbi yolla həllinə gətirib cıxara bilər.
İsrail prezidenti ABŞ-ın Suriyaya endirəcək zərbələrin qeyri-müəyyən vaxta təxirə salınmasına da munasibətini bildirib. O vurğulayıb ki, Rusiya problemin sülh yolu ilə həllini düşünür. Rəsmi Moskva Suriyanın kimyəvi silahlarının beynəlxalq birliyin nəzarəti altına müəyyən müddətə ləğvini təklif edib. Dəməşq isə İran və Cinin razılığı ilə bu planla razılaşıb.
Gözlənildiyi kimi BMT-nin Təhlükəsizlik Şurası Suriyanın kimyəvi silahlarının məhvi haqda tədbirlər görəcək.
ABŞ rəsmiləri isə bildirirlər ki, muqaviləyə əməl olunmasa və ya hər hansı məsələlər həll olunmamış qalsa, problemin hərbi yolla həlli edilməsi qaçılmaz olacaq.
Qaynar.info