Xəbər lenti

İsraildən İrana qarşı növbəti təhdid mesajı
Dünya10:11 30.05.2022

İsraildən İrana qarşı növbəti təhdid mesajı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran öz cinayətləri üçün əbədi olaraq cəzasız qalmaqa davam edə bilməz.
Qaynarinfo Reuters agentliqinə istinadən xəbər verir ki, bu sözləri İsrailin baş naziri Naftali Bennet deyib.
Tehranda inqilabi qvardiya polkovnikinin öldürülməsindən bir həftə sonra İsrailin baş naziri Naftali Bennet bildirib ki, İran İsrailə qarşi hücumlara görə əbədi olaraq cəzadan sığortalana bilməz.
Reuters-in xəbərinə görə, İsrailin bütün dünyada öz vətəndaşlarına hücumların hazırlanmasında ittiham etdiyi Həsən Sayad Hodai sürücülük zamanı iki motosikletçi tərəfindən öldürülüb.
Mossadın nəzarətində olan Bennet ofisi bu hadisiyə şərh verməkdən imtina edib. Lakin bazar günü öz nazirləri qarşısında çıxış edən Bennet İranı İsrailin maraqlarına dəfələrlə hücum etməkdə ittiham edib.
"İran hökuməti onilliklər ərzində öz və xarici qüvvələrinin köməyi ilə İsrailə və regiona qarşı terror aktları həyata keçirib, lakin dünya və beynəlxalq ictimaiyyət buna qarşı münasib reaksıya göstərməyib", - Bennet bildirib.
"Artıq, qeyd etdiyimiz kimi, İran rejiminin immunitet dövrü bitdi. Terrorçulara ünvanlı şəkildə sponsorluq edənlər və terrorçuları silahlandıranlar öz əməllərinin tam qiymətin ödəyəcəklər", - Bennet ələvə edib.
M.Arif