
İsraildəki Əl Əqsa məscidinə günlərdir giriş qadağan edilmişdi. Qadağaya baxmayaraq bu gün məsciddə namaz qılan müsəlmanlar çıxışda İsrail polisinin sərt müdaxiləsi ilə üzləşib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, hadisə yerində çəkilən fotolarda yüzlərlə insanın bibər qazının təsirinə məruz qaldığı, qaçdıqları görünür. Son məlumatlara əsasən bir nəfər fələstinli hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, fələstinlilər bir neçə gün idi məscidə girişə qoyulan qadağaya etiraz edirdi. Bundan əlavə, yaşı 50-dən aşağı olan kişilərin qədim və müqəddəs məbədlərə girişi qadağan edilib.
Bu qadağalar ötən günlərdə Əl Əqsa məscidində baş verən terror hücumu ilə əlaqədar qəbul edilib.
Gülşən
Qaynarinfo.Az







