İsrail Rusiyanın Şimali Qafqazın respublikalarına, o cümlədən Çeçenistan və Dağıstana müqavilə təklif edib.
Qaynarinfo xəbər verir ki, bu haqda "Qroznı. İnform” məlumat yayıb. Məlumata görə, "Şahdağ” təşkilatının İsrail ictimai xadimləri Şimali Afrikalı qanunsuz mühacirlərin Rusiyada yerləşməsi üçün pul ödəmək istəyirlər. Beləliklə, Təl-Əviv ölkəsindəki 150 min qeyri-qanuni mühacirdən yaxa qurtarmağı planlaşdırır.
Təklifə əsaən Qafqazda onlar üçün müvəqqəti saxlanma məntəqəsi yaradılacaq, burada sərhədi qanunsuz keçənlər ölkələrinə, əsasən də Misirə deportasiya ediləcəklər.
Beş Rusiya respublikası artıq bu "işçi qüvvəsi"ni qəbul etməkl təklifi alıb. Bölgə rəhbərliyi İsrail ictimaiyyət nümayəndələrinin müraciəti barədə hələ şərh verməyib.
Alpər