Xəbər lenti

İsrailin baş naziri əməliyyat olundu
Dünya05:17 11.08.2013

İsrailin baş naziri əməliyyat olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İsrailin baş naziri Binyamin Netanyahu qarın nahiyəsində kəskin ağrılar səbəbindən Qüdsdəki xəstəxanaların birinə aparılıb.

“İTAR-TASS”ın verdiyi xəbərə görə, Netanyahunun şəxsi həkimi ona “mədə dəbəliyi” diaqnozu qoyub.  

Müvafiq müayinələrdən sonra həkimlər əməliyyat etməyə qərar veriblər. Bir saatlıq əməliyyat yerli (lokal) narkoz altında aparılıb. 

Netanyahunun xəstəxanadan buraxılması artıq avqustun 11-də, günün ikinci yarısında gözlənilir. 


Qaynar.info