Xəbər lenti

İsrailin əsas hava limanı təhlükədə
Dünya09:28 21.08.2014

İsrailin əsas hava limanı təhlükədə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"HƏMAS" İsrailin strateji əhəmiyyətli obyektlərinə, o cümlədən paytaxt Tel-Əvivdəki Ben Qurion hava limanınan raket zərbələri endirə bilər. 
Ans press-in məlumatına görə, bu xəbərdarlığı "HƏMAS" təşkilatının hərbi qolunun mətbuat katibi Əbu Obeyda edib. Obeydanın sözlərinə görə, İsrail Qəzza zolağında zərbələrini davam etdirərsə, İsrailə uçan beynəlxalq aviareyslər təhlükəli ola bilər. 
Bir müddət əvvəl İsrailin əsas beynəlxalq hava limanı olan Ben Qurion yaxınlığına raket düşdüyü üçün bir sıra beynəlxalq aviaşirkətlər İsrailə uçuşları təxirə salmışdı. 
"HƏMAS"ın hərbi qolunun rəsmisi həmçinin İsrailin Qəzza zolağına aviazərbələri zamanı "HƏMAS" komandiri Məhəmməd Deifin ölməsi barədə məlumatları da təkzib edib.
Qaynar.info