İsrailin keçmiş baş naziri Naftali Bennet Yaxın Şərqdə müharibəyə son qoymağın ən sürətli yolunun Qəzza zolağına yanacaq nəqlini kəsmək olduğunu deyib.
Qaynarinfo xəbər verir ki, bu barədə o, X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Bu müharibəni bitirməyin ən sürətli yolu Qəzzaya yanacaq tədarükünü kəsməkdir", deyə Bennet bildirib.
O vurğulayıb ki, yəhudi dövlətinə anklavın yanacaq tədarükünə icazə vermək üçün təzyiqlər "mənəvi və praktiki cəhətdən yanlışdır". Onun sözlərinə görə, "yanacaq sözün əsl mənasında HƏMAS-ın əsas silahını yandırır". Bennett hesab edir ki, yanacaq tədarükü dayansa, yeraltı rabitə sistemi fəaliyyətini dayandıracaq və bu, radikal qrupun məğlubiyyətinə gətirib çıxaracaq.
"Kim müharibəni bitirmək istəyirsə, Qəzzaya yanacağın bir damcı belə girməsinin qarşısını almaqda İsraili dəstəkləməlidir", deyə keçmiş baş nazir bildirib.
Aydın