Xəbər lenti

İsrailin müdafiə naziri: "Yeni strategiyamız İranı Suriyadan çıxarmaqdır"
Dünya11:01 29.04.2020

İsrailin müdafiə naziri: "Yeni strategiyamız İranı Suriyadan çıxarmaqdır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İranın Suriyaya yerləşməsinə mane olmaq strategiyasından onları zorla ordan çıxarmağa keçmişik və bu strategiyamızdan imtina etməyəcəyik".
Qaynarinfo xəbər verir ki, bunu İsrailin müdafiə naziri Naftali Bennet deyib. Beləliklə o, ötən gün Suriyanın  paytaxtı Şamda 4 qruplaşma üzvü və 3 mülki vətəndaşın ölümü ilə nəticələnən hava hücumunu İsrailin törətdiyini təsdiqləyib.
"Sərhəddimizdə strateji təhdidlərin böyüməsinə icazə verməyəcəyik. Mübarizəmizi düşmən bölgəsində aparmağı davam etdirəcəyik", - deyə nazir bildirib.
Camal