Xəbər lenti

İsrailin Qəzzadakı əməliyyatının başa çatacağı tarix açıqlandı
Dünya19:34 29.10.2023

İsrailin Qəzzadakı əməliyyatının başa çatacağı tarix açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsrailin Qəzzadakı əməliyyatının başa çatacağı tarix açıqlanıb.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bu əməliyyat altı həftədən altı aya qədər davam edə bilər.
Məlumatda deyilir ki, əməliyyat əvvəlki münaqişələrdən fərqli bir məqsəd daşıyır.
"İndi hökumət (İsrail - red) HƏMAS-ı bir təşkilat olaraq məhvini və Qəzzanın bir daha anti-İsrail zorakılığının mənbəyi olmamasını təmin etmək istəyir", - hesabatda bildirilir.
Qeyd edək ki, İsrail və HƏMAS hərəkatı arasında müharibə oktyabrın 7-dən davam edir. İsrail 1,4 min, Qəzza zolağında isə 7 mindən çox fələstinlinin həlak olduğu bildirilir.