Xəbər lenti

İsrailin yeni baş nazirinin andiçmə mərasimi: Bayden Lapidi təbrik etdi
Dünya07:49 01.07.2022

İsrailin yeni baş nazirinin andiçmə mərasimi: Bayden Lapidi təbrik etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cümə axşamı gecə ABŞ prezidenti Co Bayden Yair Lapidi İsrailin müvəqqəti baş naziri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.
Qaynarinfo bu barədə Baydenin twitter səfhasinə istinadən xəbər verir.
İsrail parlamentinin dünən buraxılmasından sonra, cümə günü səhər saatlarında İsrailin xarici işlər naziri və koalisiya hökumətinin memarı Yair Lapid ölkənin müvəqqəti baş naziri olub.
Yair Lapid İsrailin 14-cü Baş naziri olacaq, lakin onun baş nazirliyi qısa çəkəcək və 1 noyabr seçkilərinə qədər davam edəcək.
Co Bayden bir tvitində Yair Lapidi təbrik edərkən, İsrailin keçmiş baş naziri Naftali Bennettə son bir ildəki dostluğuna görə təşəkkür edib.
Birləşmiş Ştatlar prezidenti daha sonra bəyan edib ki, o, iyul ayında İsrailə gözlənilən səfəri zamanı "ABŞ və İsrailin sarsılmaz tərəfdaşlığını qeyd etmək üçün” onların ikisi ilə də görüşəcək.
M.Arif