
İsrail ordu kəşfiyyatının rəhbəri general Aviv Koçavi Suriya ilə bağlı şok açıqlama verib.
Qaynar.info-nun məlumatına görə, Koçavi suriyalı müxaliflər qarşısında geri çəkilməyə başlayan prezident Bəşər Əsədin xalqına qarşı kimyəvi silah işlətməyə hazırlaşdığını bildirib.
Kimyəvi silahların istifadə hazır vəziyyətə gətirildiyini iddia edən general hələ ki, Əsədin silahların tətbiqi üçün əmr vermədiyini deyib.
Koçavi bildirib ki, hazırda müxalifət ölkənin üçdə ikisinə nəzarət edir. İndiyə qədər Bəşər Əsədin ordusu müxaliflərə qarşı döyüşdə 13 min əsgərini itirib, 40 min əsgər də ordu sıralarından qaçıb.
Qaynar.info