Xəbər lenti

İşsizlərin daha çox hansı rayonlarda yaşadıqları açıqlandı
Ölkə14:40 18.04.2016

İşsizlərin daha çox hansı rayonlarda yaşadıqları açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhəri və rayonları üzrə işləməyən əhali arasında sosial müavinət təyin olunan şəxslərin sayı keçən ilin əvvəlinə 59 476 nəfər olub.

Bu barədə Report-a Bakı Şəhər Statistika İdarəsindən bildirilib.

Müavinət təyin olunanlardan bir nəfərə düşən orta aylıq məbləğ 50,41 manat təşkil edib.

Yaşa görə müavinət təyin olunanların sayı 3960 nəfər, onlar arasında bir nəfərə düşən orta aylıq məbləğ isə 60 manat olub.

Əlilliyə görə sosial müavinət təyin olunanların sayı 21776 nəfər, onlara verilən orta aylıq məbləğ 50,59 manat, ailə başçısını itirdiyinə görə sosial müavinət təyin olunanların sayı 6846 nəfər, onlara verilən orta aylıq məbləğ isə 55 manat olub.

İşsizliyə görə sosial müavinətlərin təyin olunduğu əhalinin sayına görə Sabunçu (8480 nəfər) və Binəqədi (7131 nəfər) rayonları ilk sırada yer alır. 

Qaynarinfo.az