İstanbul ABŞ-ın aparıcı səyahət və turizm jurnallarından biri olan "Global Traveller Magazine”də 2022-ci il sorğusuna əsasən Avropanın ən yaxşı turizm məkanı seçilib.
Qaynarinfo bu barədə Anadolu agentliyinə istinadən xəbər
verir.
Nyu-Yorkda Lotus Club-da keçirilən mükafatlandırma mərasimində ən çox oxucu səsi alan İstanbul birinci, Portuqaliyanın paytaxtı Lissabon ikinci, Polşanın Krakov şəhəri isə üçüncü olub.
İstanbul Hava Limanı isə "Ən Yaxşı Tranzit Hava Limanı" və "Ən Yaxşı Ailə Dostu Beynəlxalq Hava Limanı" mükafatlarını qazanıb.
M.Arif