
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Kadir Topbaş vəzifəsindən istefa verib.
"Qaynarinfo" Report-a istinadən xəbər verir ki, o, qərarını bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb.
K.Topbaş bununla belə Ədalət və İnkişaf Partiyasında (AKP) fəaliyyətini davam etdirəcəyini bildirib.
Qeyd edək ki, K.Topbaş 2004-cü ildən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri idi.
Qaynarinfo.Az