Kiyev Şəhər Dövlət Administrasiyası rusların guya Kiyev və Çerniqov vilayətlərindən hərbi texnikanın çıxarılması ilə bağlı bəyanatlarına şübhə ilə yanaşır.
Qaynarinfo xəbər verir ki, Kiyev Şəhər Dövlət Administrasiyası rəhbərinin birinci müavini Nikolay Povoroznikin sözlərinə görə, belə vədlərə etibar etmək olmaz. Onun sözlərinə görə, qoşunların "geri çəkilməsi” ilə bağlı iddialar martın 30-na keçən gecə şəhərin demək olar ki, hər yerindən gələn top səsləri ilə "kifayət qədər yaxşı şərh edilib”. O, bu barədə "Kanal 24”ün efirində deyib.
"Hərbi əməliyyatların davam etməsi onu deməyə əsas verir ki, gərginlik var, gərginlik səngimir”, - Povoroznik bildirib.
Onun sözlərinə görə, gecə ərzində Kiyevdə xəsarət alan olmayıb, o, sirenaların səngiməyən səsləri və Ukrayna Silahlı Qüvvələri ilə rusların təmas xəttindən gələn uğultuya nisbətən sakit keçib.
Məsələ ilə bağlı bundan bir qədər əvvəl USQ Baş Qərargahı Rusiya qoşunlarının "geri çəkilməsinin” mümkün hədəfini açıqlayıb. Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyi hesab edir ki, düşmən ayrı-ayrı bölmələri rotasiya etməklə Kiyevi mühasirəyə almaq planından imtina etdiyi barədə yalan illüziya yaratmaq istəyir.
Xatırladaq ki, daha əvvəl ABŞ kəşfiyyatı Rusiya qüvvələrinin Kiyev yaxınlığındakı ucqarlardan geri çəkilməyə və Ukraynanın cənub və şərqindəki mövqelərə cəmləşdiyini qeyd edib.
Öz növbəsində ABŞ Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, hazırda iddia edilən Rusiya qoşunlarının bir hissəsinin Kiyev və Çerniqov istiqamətlərindən çıxarılması düşmən qüvvələrinin yeni zərbə üçün yenidən qruplaşmasından xəbər verə bilər.
Bundan əvvəl Putinin köməkçisi Vladimir Medinski Kiyev və Çerniqov istiqamətində kontingentin guya ixtisar edildiyini açıqlayıb.
Rusiya Federasiyasının Müdafiə Nazirliyi bu ərəfədə onlar "xüsusi əməliyyat”ın və Donbasda hücumlara keçidin başa çatdığını iddia edib.
Rusiya qüvvələrinin bu manevrlərini şərh edən Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Aretoviç Kremlin Ukrayna paytaxtını ələ keçirmək planlarının "tamamilə iflasa uğradığı” qənaətini dilə gətirib.
Alpər