Xəbər lenti

İstanbulda 7 bal gücündə zəlzələ olsa, 600 min ev yer üzündən silinəcək - Nazir
Dünya11:46 02.08.2023

İstanbulda 7 bal gücündə zəlzələ olsa, 600 min ev yer üzündən silinəcək - Nazir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İstanbulda 7,0 bal gücündə zəlzələ nəticəsində 600 minə yaxın mənzil dağa bilər. 
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin ekologiya və şəhərsalma naziri Mehmet Özhaseki "A-Haber" telekanalının efirində bildirib.
Onun sözlərinə görə, İstanbulun təxminən 1,5 milyon mənzil fondu risk zonasına düşür: "7 bal və daha böyük zəlzələ zamanı 600.000 mənzil yer üzündən silinəcək”.
O qeyd edib ki, Türkiyə hakimiyyəti İstanbulda qəzalı vəziyyətdə olan mənzil fondunun köçürülməsi və zəlzələyə davamlı evlərin tikintisi üzrə işlər aparır. Ümumilikdə, təmir layihəsi çərçivəsində 300-350 min evin tikilməsi nəzərdə tutulur.
Qeyd edək ki, iyulun 19-da İstanbul rəhbərliyi mümkün dağıdıcı zəlzələ üçün hazırlıqlara başladığını elan edib. İyulun 12-də türk seysmoloq, İstanbul meriyasının Alimlər Şurasının üzvü Naci Gerur metropolun yerləşdiyi Mərmərə dənizi bölgəsində 7,2-7,6 bal gücündə təkanların olacağını proqnozlaşdırıb. Həmin bölgədə təxminən 17 milyon insan yaşayır. 2030-cu ilə qədər təbii fəlakət ehtimalı təxminən 50% təşkil edir.
Aydın