Xəbər lenti

İstanbulda atəş səsləri: polis polisə güllə atdı - VİDEO
Dünya08:40 21.07.2016

İstanbulda atəş səsləri: polis polisə güllə atdı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün İstanbulda yenidən atəş səsləri eşidilib. "Qaynarinfo.Az" yerli mediaya istinadən xəbər verir ki, hadisə İstanbul Ticarət Üniversitetində baş verib.
Məlumata görə, polislər universitetin rektoru Nazım Ekrenin polis mühafizəçisini həbs etmək istəyib. Lakin o, təslim olmayıb və atəş açıb. Həmkarları da atəşə qarşılıq verib.
Bundan sonra hadisə yerinə xüsusi təyinatlı polislər gəlib. Bunu görən rektorun mühafizəçisi təslim olub.
Qaynarinfo.Az