Xəbər lenti

İstanbulda güclü zəlzələ: dağıntı var (FOTO/VİDEO/YENİLƏNİB)
Dünya12:03 26.09.2019

İstanbulda güclü zəlzələ: dağıntı var (FOTO/VİDEO/YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İstanbulda baş verən güclü zəlzələ kiçik dağıntıya səbəb olub.
Qaynarinfo CNNTürk-ə istinadən xəbər verir ki, Avcılarda yerləşən məscidin minarəsinin bir parçası çöküb. 
Polis və fövqəladə hallar xidmətinə çoxsaylı müracəiətlərin daxil olduğu bildirilir. Məktəblərdə tətil elan edilib.
<iframe width="697" height="392" src="https://www.youtube.com/embed/op8f_fUjVvk" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">
15.34
İstanbulda baş verən zəlzələ sakinləri vahiməyə salıb.
Qaynarinfo xəbər verir ki, sakinlər küçələrə çıxıb, məktəblər, xəstəxanalar və ticarət mərkəzləri təxliyyə edilib. 
Rabitə xətlərində problem yaranıb. Bu səbəbdən zəlzələdən sonra vətəndaşlar yaxınları ilə əlaqə saxlamaqda çətinlik çəkib. Dağıntılar barədə məlumat verilməyib.
15.11 
Türkiyənin İstanbul şəhərində 5,9 bal gücündə yeraltı təkan qeydə alınıb.
Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, zəlzələnin episentri Silivri ərazisində olub.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Qeyd edək ki, ötən günlərdə İstanbulda bir neçə güclü təkan baş verib.
Gülşən