Xəbər lenti

İstanbulda göydən dollar yağdı - VİDEO
Dünya06:32 08.02.2014

İstanbulda göydən dollar yağdı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

'Bilalın qutusunu axtardıq tapdıq, içindən milyonlarla dollar çıxdı'

Türkiyədə 17 dekabr həbsləri ilə gündəmə gələn rüşvət və korrupsiyaya etiraz etmək istəyən bir qrup tələbə qəribə aksiya keçirib.

Ans press Türkiyə mətbuatına istinadən bildirir ki, şəhərin İstiqlal prospektində yerləşən binalardan birinin 3-cü mərtəbəsinə qalxan gənclər balkondan İstiqlal prospektinə dəstə-dəstə saxta dollar ataraq korrpusiya və rüşvətə etiraz etdilər.

Aksiyadan sonra üç tələbə saxlanaraq Beyoğlu polis şöbəsinə aparılıb. Tibbi müayinədən sonra azad edilən tələbələr 'Bilalın qutusunu axtardıq tapdıq. Bu qutudan da milyonlarla dollar çıxdı',- deyə baş nazir Rəcəb Tayyib Ərdoğanın oğlunun adını hallandırıblar.


Qaynar.info