Xəbər lenti

İstanbulda hərbi poliqon yanır
Dünya14:49 05.08.2019

İstanbulda hərbi poliqon yanır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin İstanbul şəhəri Tuzla rayonu yaxınlığında yerləşən hərbi poliqonda yanğın başlayıb. 
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın 2 hektar ərazini əhatə edib. Təlim zamanı başlayan alovun qarşısının alınması üçün yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğının silah-sursat anbarlarına sıçramaması üçün işlər aparılır. Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.