Xəbər lenti

İstanbulda növbəti aksiya: polis müdaxilə etdi
Dünya18:33 13.07.2013

İstanbulda növbəti aksiya: polis müdaxilə etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İstanbul polisi bu gün Gəzi parkının yaxınlığında keçirilən etiraz aksiyasını yatırarkən yenidən güc istifadə edib.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu gün yüzlərlə insan hökumətin apardığı siyasətə etiraz bildirmək məqsədilə yenidən İstanbulun mərkəzinə toplaşıb. 

Aksiyaya əsas səbəb hökumətin Mühəndis və Memarlar Assosiasiyasının şəhərdə yenidənqurma layihələrini təsdiqləmək  hüququnun ləğvini nəzərdə tutan qanunu qəbul  etmək qərarı olub.

Aksiyanı yatırmaq üçün polis su şırnağı və gözyaşardıcı qazdan istifadə edib.

Aksiya fəallarının saxlanılması barədə xəbər verilmir.