Xəbər lenti

İstanbulda polis rəisi ölü tapıldı
Dünya13:05 31.07.2017

İstanbulda polis rəisi ölü tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İstanbulun Silivri rayonunun polis rəisi Hakan Çalışkanın iş masasında cəsədi tapılıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, araşdırma nəticəsində 2 uşaq atası olan Çalışkanın intihar etdiyi məlum olub. Gecə radələrində iş yerinə gələn polis rəisi intihar edib, səhər isə iş yoldaşları tərəfindən cəsədi aşkarlanıb. Hakan Çalışkanın ailəsi və həyat yoldaşı ilə problemlər yaşadığı, bu səbəbdən intihar etdiyi deyilir. 

Qeyd edək ki, Çalışkan ötən ilin dekabrında 4-cü dərəcəli polis rəisi vəzifəsindən 3-cü dərəcəyə yüksəlib. Buna onun FETÖ terror təşkilatı ilə bağlı aparılan araşdırmalardakı xidmətləri səbəb olub. 

Hadisə ilə bağlı cinayət işi qaldırılıb və Çalışkanın cəsədi analizə göndərilib.

Gülşən

Qaynarinfo.Az