Xəbər lenti

İstanbulda terror aktında yaralananlardan 71-i xəstəxanadan buraxıldı
Dünya16:17 19.11.2022

İstanbulda terror aktında yaralananlardan 71-i xəstəxanadan buraxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində törədilən terror aktından sonra 71 nəfər xəstəxanadan buraxılıb, 10 nəfərin müalicəsi davam edir.
Qaynarinfo xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviterdə deyib.
"Səkkiz nəfərin müalicəsi palatalarda davam edir, ikisi isə reanimasiyadadır", - nazir tviterdə yazıb.
Xatırladaq ki, noyabrın 13-də İstanbulun İstiqlal prospektində terror aktı törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.
Terror aktını törətməkdə şübhəli bilinən Ahlam Albashır saxlanılıb. O, PKK terror qruplaşması ilə əlaqəli olduğunu etiraf edib.