Xəbər lenti

İstanbulda terror törədən qadın saxlanıldı, Soylu barmağını Okeanın o üzünə tuşladı
Dünya05:22 14.11.2022

İstanbulda terror törədən qadın saxlanıldı, Soylu barmağını Okeanın o üzünə tuşladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin İstanbul şəhərində terror hadisəsini törədən qadın saxlanılıb.
Qaynarinfo TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.
O bildirb ki, terrorun həyata keçirilməsi ilə bağlı təlimat Kobanidən gəlib:
"Təxminən 6 ildir İstanbulda dünən gecə yaşadığımız kimi təsirli bir hadisə, terror hadisəsi yaşamırdıq. Təkcə bu il 200-ə yaxın terror hadisəsinin qarşısı alınıb.
Bu hadisəni həyata keçirənlərin bizə hansı mesajı vermək istədiklərini bilirik. Bu mesajı aldıq. Heç narahat olmasınlar, əvəzini daha ağır ödəməli olacaqlar. Düşünürəm ki, ABŞ-nin bu gün verdiyi başsağlığı mesajını sanki qatilin hadisə yerinə ilk çatanlardan biri olduğu kimi dəyərləndirmək vacibdir və bu mesajın da cavabı çox açıq şəkildə ortaya çıxacaq”.
Qeyd edək ki, dünən baş verən hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.