İstanbulda saxlanılan NTV jurnalistlərinə casusluq ittihamı irəli sürülə bilər.
Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı vəziyyətlə tanış olan bir türk mənbə bildirib. Bundan əlavə, nəzarətə alınan jurnalistlərin işinin məhkəməyə verildiyi məlumdur.
Daha əvvəl, Rusiyadakı baş ofizlə əlaqəsi itən NTV jurnalistlərinin İstanbulda kəşfiyyat xidməti tərəfindən tutulduğu bildirilmişdi. Onları şəhərin strateji nöqtələrində icazəsiz çəkiliş zamanı görüblər. Xüsusilə bildirilib ki, ruslar akkreditasiyaya malik olmayıb və Türk hərbi insansız hava (PUA) vasitələri istehsalçısının qərargahının qarşısında çəkiliş aparıblar.
Alpər