Xəbər lenti

Dünya 05:05 29.01.2024

İstanbuldakı silahlı insidentə görə məsuliyyəti bu təşkilatı öz üzərinə götürdü

İŞİD terror təşkilatı Türkiyənin İstanbul şəhərində yerləşən "Santa Mariya” kilsəsində baş verən silahlı insidentə görə məsuliyyəti öz üzərinə götürüb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” terrorçuların bəyanatına istinadən məlumat yayıb.

Artıq insidentlə bağlı 47 nəfər saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya keçirdiyi mətbuat konfransında deyib.

"Mən bildirdim ki, cinayəti törədənlər tez bir zamanda tutularaq məsuliyyətə cəlb olunacaqlar. Polis qüvvələrimiz gün ərzində 30 müxtəlif ünvanda reyd keçirib, 47 nəfər saxlanılıb. Qətl törədən hər iki şəxs yaxalanıb. Biz hesab edirik ki, biri tacik, digəri rusiyalı olan bu iki əcnəbi İŞİD üzvüdür.

İstanbulumuz əsrlərdir müxtəlif din və məzhəblərə ev sahibliyi edir. Biz heç vaxt terrorçulara və əməkdaşlıq edənlərə dözməyəcəyik. Bir daha mərhum vətəndaşa, ailəsinə və yaxınlarına başsağlığı verirəm. Biz hər cür terrora qarşı əzm və qətiyyətlə mübarizə aparırıq”-deyə, o bildirib.

Qeyd edək ki, silahlı hücum dünən yerli vaxtla saat 11:40 radələrində İstanbulda yerləşən "Santa Mariya” kilsəsində bazar ibadəti zamanı baş verib. Maskalı iki şəxs tərəfindən açılan atəş nəticəsində kilsə işçisi olan 1972-ci il təvəllüdlü Türkiyə vətəndaşı ölüb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->