İstanbuldan Moskvaya uçan sərnişin təyyarəsinin pilotları Stavropol səmasında naməlum uçan obyektlər (NLO) müşahidə ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə Aviaincident Telegram kanalı məlumat
yayıb.
İnsident 21 dekabrda baş verib. Pilotlar Minvod üzərində təyyarənin kursunda iki işıq formasında olan obyekti görüblər.
NLO-lar uçuşun təhlükəsizliyinə təhdid yaratmayıb. Təyyarə komandiri Moskvanın Şeremetyevo hava limanına uçuşu davam etdirməyi qərara alıb. Təyyarə təhlükəsiz şəkildə yerə enib.
Noyabr ayında, Rusiya hava yollarının təyyarəsinin pilotları Soçidən Moskvaya uçuş zamanı səmada 20 NLO görmüşdülər. Olay barədə havadan müdafiə orqanlarına məlumat verilib. Lakin komandir uçuşu davam etdirərək Şeremetyevoya eniş etmişdi.
Alpər
Şərhlər