Xəbər lenti

İstanbulu qana bulayan terrorçunun kimliyi bəlli oldu
Dünya19:07 02.01.2017

İstanbulu qana bulayan terrorçunun kimliyi bəlli oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İstanbulda gecə klubunda terror hücumunu həyata keçirən şəxs kod adından istifadə edir və Şərqi Türküstanlıdır.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu xüsusi kəşfiyyat şefi Nazif Karaman bildirib.
Karaman terrorçunun gecə klubundan qaçarkən mindiyi taksi sürücüsünün telefonundan istifadə edərək başqası ilə danışdığını deyib. O, terrorçunu aparan taksi sürücüsünün saxlanıldığını vurğulayıb.
Qeyd edək ki, Yeni il gecəsi İstanbulun Beşiktaş rayonundakı “Reina” gecə klubuna Santa Klaus paltarında daxil olan silahlılar "Kalaşnikof" avtomatı ilə insanlara atəş açmağa başlayıblar. Terror aktı nəticəsində 39 nəfərin ölüb, 69-u yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.
Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
Qaynarinfo.Az