Xəbər lenti

İstefa verən baş nazir postuna qayıtdı
Dünya09:29 28.11.2017

İstefa verən baş nazir postuna qayıtdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Livanın istefa vermiş baş naziri Səad Həriri vəzifəsinin başında olduğunu bildirib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Həriri Fransanın "C News" kanalınanda yayımlanan müsahibəsində "Livanın vəzifəsinin başında olan baş naziriyəm. Baş nazir olaraq vəzifəmi davam etdirmək istəyirəm. İstefa qərarı ilə müsbət şok effekti yaratmaq istədim. Livan xalqına böyük problemimizin olduğunu demək üçün istefa vermişdim. Səudiyyə Ərəbistanında baş verənlər barədə danışmaq istəmirəm" fikirlərini deyib və Hizbullah və İran əleyhinə mövqeyini bir daha dilə gətirib.
Qeyd edək ki, 4 noyabrda Səudiyyə Ərəbistanına səfəri zamanı şübhəli şəkildə istefa verən Həriri uzun müddət sonra ölkəsinə qayıtmış və Livan prezidentinin istəyi ilə istefasını təxirə saldığını açıqlamışdı. Onun Səudiyyə Ərəbistanının hədəsi ilə istefa qərarını qəbul etməsi iddia edilirdi.
Gülşən