Xəbər lenti

İstifadəyə yararsız avtomobil təkərləri yandı - Zəhərlənən var
Ölkə18:14 20.03.2016

İstifadəyə yararsız avtomobil təkərləri yandı - Zəhərlənən var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qaradağ rayonu, Qobustan qəsəbəsində vətəndaşa məxsus avtomobil təmiri sexinin ərazisində istifadəyə yararsız avtomobil təkərləri və 220 kv.m sahədə məişət tullantısı yanıb.
Qaynar.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı iki nəfər tüstüdən zəhərlənib.
Yaxınlıqdakı avtomobil sexi yanğından mühafizə olunub. Yanğın saat 16:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 
Qaynar.info