Xəbər lenti

İsveç bankı qərar verdi: Rusiyaya ödəniş köçürmələri dayandırılır
Dünya12:00 15.04.2022

İsveç bankı qərar verdi: Rusiyaya ödəniş köçürmələri dayandırılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsveç bankı Skandinaviska Enskilda Banken (SEB) xəbərdarlıq edib ki, tezliklə Rusiya və Belarusa ödənişlərin köçürülməsini dayandıracaq.
Maliyyə təşkilatında qeyd edildiyi kimi, ödəniş xidmətləri mayın 31-i daxil olmaqla təqdim ediləcək, bundan sonra bütün daxil olan ödənişlər göndərənə qaytarılacaq.
Qaynarinfo xəbər verir ki, bu haqda RBK-nın məlumatında deyilir.
Müvafiq qərar Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı və sonradan Qərbin sanksiyaları səbəbindən Rusiya Federasiyası və Belarusla əməliyyatların "son dərəcə mürəkkəb və riskli olması” ilə bağlıdır.
Bundan əvvəl yüzlərlə xarici firma, o cümlədən tanınmış dünya brendlərinin istehsalçıları Ukrayna və Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalarına reaksiya olaraq Rusiya bazarından müvəqqəti və ya tam "çıxdıqlarını” (istehsalın dayandırılması, Rusiya Federasiyasında investisiyaların və ya fəaliyyətlərin dayandırılması) elan ediblər.
Alpər