Xəbər lenti

İsveç İran həbsxanalarının keçmiş prokuror köməkçisini ömürlük həbs etdi
Dünya13:37 14.07.2022

İsveç İran həbsxanalarının keçmiş prokuror köməkçisini ömürlük həbs etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran həbsxanalarının keçmiş nəzarətçi-köməkçisi Həmid Nuri ölkədə 1988-ci ildə həyata keçirilən edamlarda iştirak etdiyinə görə ömürlük həbs cəzasına məhkum edilib.
Qaynarinfo bu barədə Azadlıq Radiosunun fars bölməsinə istinadən xəbər verir.
Stokholm dairə məhkəməsinin hakimi və münsiflər heyəti iyulun 14-ü 9 aylıq istintaqdan sonra İranda 1988-ci ilin yayında siyasi məhbusların kütləvi edamında əli olmaqda ittiham olunan Həmid Nurinin hökmünü elan edib.
Məhkəmə Həmid Nuri üçün ömürlük həbs cəzasını təsdiqləyib.
İlk dəfədir ki, 1988-ci ilin yayında İran həbsxanalarında siyasi məhbusların 34 il bundan üncə baş vermiş kütləvi edamından sonra bu işdə təqsirləndirilən şəxslərdən biri mühakimə olunub.
Daha əvvəl İsveç prokuroru Nurini "müharibə cinayəti” və "qəsdən adam öldürmə”də ittiham etmiş və ona "ömürlük həbs” cəzası tələb etmişdi.
İranın Qohərdəşt həbsxanasının keçmiş prokuror köməkçisi "Həmid Abbasi” kimi tanınan Həmid Nuri iki əsas "beynəlxalq müharibə cinayəti” və "qəsdən adam öldürmə” ittihamı ilə İsveçdə 9 ay müddətinə mühakimə olunub.
Onun məhkəmə prosesinin ilk məhkəmə iclası 2021-ci il avqustun 10-da başlayıb və 2022-ci il mayın 4-də başa çatıb.
Məhkəmə iddiaçıların sözlərini və təqsirləndirilən şəxslərin müdafiəsini dinləmək üçün 93 iclas keçirib.
Bu müddət ərzində ən azı 60 iddiaçı və şahid və İslam hüquq və beynəlxalq hüquq sahəsində 12 ekspert bu iş haqqında danışıb.
Qeyd edilir ki, İran hakimiyyəti əvvəllər Stokholm məhkəməsindən Nurinin qeyd-şərtsiz azadlığa buraxılmasını tələb etmiş və həmçinin İsveç hökumətinə ona veriləcək mümkün cəza ilə bağlı xəbərdarlıq etmişdi.
Aydın