İsveç Kralı XVI Karl Qustav karantindən imtina etməyi nəzərdə tutan koronavirusla mübarizə üzrə milli strategiyanın uğursuz olduğunu elan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə o, SVT Nyheter telekanalına verdiyi müsahibədə danışıb.
"Qurbanlarımız çoxdur və bu dəhşətlidir", - deyən monarx İsveç vətəndaşlarının çox əziyyət çəkdiyini, bir çoxunun öldüyü ailə üzvləri ilə vidalaşa bilmədiklərini deyib. İsveç kralına görə, bu, ölkə üçün çətin və ağrılı bir təcrübədir.
Özünün koronavirusa yoluxmaqdan qorxub-qorxmadığına dair sualı cavablandırarkən, Kral infeksiyanın qaçılmazlığının son zamanlarda aşkar olduğunu qeyd edib.
Qeyd edək ki, İsveç koronavirus pandemiyası ilə əlaqədar sərt məhdudiyyətlər elan etməyən nadir ölkələrdən biridir (və Avropa Birliyindəki yeganə ölkə).
Alpər