İsveç polisi və Silahlı Qüvvələri Quranın yandırılması ilə törədilən aksiyaların yaratdığı gərginliyə görə ölkə üçün terror təhlükəsi səviyyəsini yüksəldib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Yevropeyska pravda” SVT-yə istinadən
yazır.
Säpo Təhlükəsizlik Polisi 5 səviyyəli təhdid reytinqini 3-cü səviyyədən 4-cü səviyyəyə yüksəltdiklərini açıqlayıb.
Polis rəisi Şarlotta fon Essen qeyd edib ki, bu qərarın səbəbi tək bir hadisə deyil, uzun müddətdir tədricən pisləşən təhlükəsizlik vəziyyətinin ümumi qiymətləndirilməsidir.
Quranyandırma aksiyaları islamçı terrorçulara İsveçi hədəf kimi görməyə təşviq edib.
İsveç Silahlı Qüvvələri də terror təhlükəsi səviyyəsini 4-ə yüksəldib.
Nizami Bağırov