Xəbər lenti

İsveç Rusiyanın hücumunu istisna etmir - Müdafiə Komitəsinin hesabatı
Dünya10:39 19.06.2023

İsveç Rusiyanın hücumunu istisna etmir - Müdafiə Komitəsinin hesabatı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsveç parlamentinin Müdafiə Komitəsi Rusiyanın bu ölkəyə hərbi hücum edə biləcəyini etiraf edib.
Qaynarinfo xəbər verir ki, bu barədə İsveçin SVT telekanalı komitənin hesabatına istinadən məlumat yayıb.
Parlamentin bu gün təqdim edəcəyi hesabatda qeyd olunur ki, Rusiya quru qoşunları Ukraynada olsa da, İsveçə hücumları istisna etmək olmaz.
"Rusiya həmçinin hərbi gücdən istifadə həddini daha da aşağı salıb və siyasi və hərbi risklərə yüksək meyl nümayiş etdirir. Rusiyanın İsveçə qarşı hərbi hava qüvvələri, dəniz donanması, uzaqmənzilli silahlar və ya nüvə silahlarından istifadə etməklə əməliyyatlar aparmaq qabiliyyəti dəyişməz olaraq qalır", deyə sənəddə qeyd edilir.
Telekanalın məlumatına görə, hesabatda digər Skandinaviya ölkələri və Avropa İttifaqı ilə əməkdaşlığa əsaslanan əvvəlki doktrinadan fərqli olaraq, NATO üzvlüyünə əsaslanan yeni İsveç müdafiə doktrinasından bəhs edilir.
İsveç öz müdafiəsini gücləndirməyə çalışır və 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlamasından sonra NATO-ya üzv olmaq üçün müraciət edib. Hələlik yalnız Türkiyə və Macarıstan İsveçin alyansa qoşulması ilə bağlı müraciəti ratifikasiya etməyib.
Nizami Bağırov