Xəbər lenti

İsveç Türkiyədən bir neçə həftə ərzində cavab gözləyir
Dünya07:48 21.10.2023

İsveç Türkiyədən bir neçə həftə ərzində cavab gözləyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsveç hökuməti krallığın NATO müraciətinin Türkiyə tərəfindən ratifikasiyasının bir neçə həftə ərzində baş tutacağını gözləyir. 
Qaynarinfo xəbər verir ki, bu barədə İsveçin "Expressen" qəzeti mənbələrə istinadən yazır.
"Biz gözləyirik ki, Türkiyənin İsveçin müraciətini ratifikasiyası tezliklə başlayacaq və bir neçə həftə ərzində hazır olacaq", deyə nəşr İsveç hökumətindəki adı açıqlanmayan mənbədən sitat gətirib.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Türkiyənin müdafiə naziri Yaşar Gülər ​​Brüsseldə keçirilən görüşdə Alyans müttəfiqlərini Ankaranın İsveçin üzvlüyünün ratifikasiyası ilə bağlı sazişə sadiq qalacağına əmin edib.
Finlandiya və İsveç 2022-ci ilin mayında Ukraynada baş verən hadisələr fonunda NATO-ya üzv olmaq üçün ərizə təqdim ediblər. Finlandiya aprelin 4-də alyansın 31-ci üzvü olub.
İsveçin müraciəti hələ də Macarıstan və Türkiyədən yekun təsdiq almayıb. İsveç Avropa İttifaqının üzvü kimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlarda ərizənin ratifikasiyası müqabilində Türkiyənin Aİ-yə daxil olması prosesinin intensivləşdirilməsinə kömək etmək barədə razılığa gəlib.
Aydın