Dünya 10:45 13.05.2022

İsveç və Finlandiya NATO-ya daxil olarsa, Rusiya hərbi addımlar atacaq - Polyanski

Finlandiya və İsveç NATO-ya daxil olarsa, Rusiya müəyyən hərbi addımlar atmağa məcbur olacaq.

Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının BMT-dəki nümayəndəsinin birinci müavini Dmitri Polyanski UnHerd internet nəşrinə müsahibəsində bildirib. Onun sözlərindən RİA Novosti sitat gətirib.

"NATO bizim üçün çox qeyri-dost blokdur. Düşməndir. NATO özü də Rusiyanın düşmən olduğunu etiraf edib. Bu o deməkdir ki, Finlandiya və İsveç birdən-birə neytral dövlətlərdən düşmənə çevrilirlər. Onlar da hamı kimi bütün riskləri öz üzərlərinə götürürlər. Yəni onlar müdafiə sektorunda müəyyən risklər daşıyacaq, müəyyən iqtisadi xərclər çəkəcəklər”, - Polyanski bildirib.

Bu ölkələr onilliklər ərzində Rusiya ilə normal mehriban qonşu kimi yaşayıblar və birdən-birə düşmən blokun bir hissəsi olmaq qərarına gəliblər. O vurğulayıb ki, təbii ki, Rusiya müəyyən hərbi addımlar atmağa məcbur olacaq.

Polyanskinin fikrincə, İsveç və Finlandiyanın NATO-ya daxil olması və sonradan alyans bölmələrinin onlarda yerləşdirilməsi bu əraziləri Rusiya hərbçiləri üçün mümkün hədəflərə çevirəcək.

"Onlar bilirlər ki, NATO-ya üzv olan kimi bu, Rusiyanın müəyyən güzgü effektli hərəkətlərinə səbəb olacaq ki, bu da adətən alyansın üzvü olan ölkələrə təsir edir. Bu o deməkdir ki, NATO bölmələri orada yerləşdirilsə, bu ərazilər hədəfə, mümkün hədəfə çevriləcək. Necə ki, eyni şəkildə Rusiya əraziləri NATO ölkələrinin zərbələri üçün hədəfə çevrilir”, - diplomat bildirib.

Finlandiya və İsveç Rusiyanın Ukraynadakı hərbi əməliyyatı fonunda uzunmüddətli neytrallıqlarından əl çəkərək NATO-ya üzv olmaq imkanlarından danışmağa başlayıblar. Alyansın rəhbəri Yens Stoltenberq qeyd edib ki, alyans Finlandiya və İsveçi öz sıralarında görməkdən şad olacaq və onlara tez bir zamanda qoşulmaq imkanı verəcək. ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit bildirib ki, NATO bu ölkələrin yaxın "aylar və həftələr” ərzində mümkün üzvlüklə bağlı öz qərarlarını verməsini gözləyir. O əlavə edib ki, ABŞ bu ölkələrin alyansa qoşulmasını alqışlayacaq.

Finlandiya və İsveç Rusiyanın Ukraynadakı hərbi əməliyyatı fonunda uzunmüddətli neytrallıqlarından əl çəkərək NATO-ya üzv olmaq imkanlarından danışmağa başlayıblar. Alyansın rəhbəri Yens Stoltenberq qeyd edib ki, alyans Finlandiya və İsveçi öz sıralarında görməkdən şad olacaq və onlara tez bir zamanda qoşulmaq imkanı verəcək. ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Julianne Smith bildirib ki, NATO bu ölkələrin yaxın "aylar və həftələr” ərzində mümkün üzvlüklə bağlı öz qərarlarını verməsini gözləyir. O əlavə edib ki, ABŞ bu ölkələrin alyansa qoşulmasını alqışlayacaq.

Rusiya dəfələrlə qeyd edib ki, NATO qarşıdurmanı hədəfləyir. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, alyansın daha da genişlənməsi Avropaya böyük təhlükəsizlik gətirməyəcək, NATO aqressiv xarakter daşıyır. Eyni zamanda o qeyd edib ki, İsveç və Finlandiyanın NATO-ya mümkün daxil olmasını Rusiya üçün ekzistensial təhlükə hesab etmir.
 
Alpər