İsveçin Qotenburq şəhərində yerləşən restoranda kütləvi dava olub.
Qaynarinfo xəbər verir ki, gecə saatlarında baş verən qarşıdurmada 100 nəfər iştirak edib. Hadisə yerinə 12 polis maşını gəlib və 5 nəfər həbs edilib. Yaralananlar arasında restoranın təhlükəsizlik əməkdaşları da olub. Hadisənin səbəbi hələlik bilinmir.
Qeyd edək ki, ötən gün Nykopinq ərazisində 90 nəfərin iştirak etdiyi kütləvi dava baş vermişdi.
Gülşən