Dünya 13:20 10.12.2022

İsveçdə öldürüldüyü deyilən çeçen müxalifətçi sağdır və polis himayəsindədir – Şok iddia

Çeçen müxalifətçi bloqqer Tumso Abduraxmanov sağdır və İsveç polisinin himayəsindədir.

Qaynarinfo xəbər verir ki, tanınmamış Çeçenistan İçkeriya Respublikasının xaricdəki hökumətinin mətbuat xidmətinin Kavkaz.Realiyam-a verdiyi bəyanatdan belə çıxır.

Mətbuat xidməti Çeçenistanın "Qroznı” dövlət televiziyası direktorunun Abduraxmanovun mümkün qətlində özünü İçkeriyanın baş naziri adlandıran Əhməd Zakayevin əli olması ilə bağlı sözlərini təkzib edib.

Ramzan Kadırovun tanınmış tənqidçisinin İsveçdə öldürüldüyü iddiası ilə bağlı bir neçə gün əvvəl bir neçə mənbə, o cümlədən 1ADAT teleqram kanalı məlumat yayıb.

"İçkeriya Çeçenistan Respublikası hökumətinin əldə etdiyi məlumata görə, Tumso Abduraxmanov sağdır və İsveç polisinin mühafizəsi altındadır”, - sözçü bildirib.

O, "öz məlumat mənbələrinə” istinad edərək, Abdurahmanovun niyə himayə altında ola biləcəyini dəqiqləşdirə bilməyib.

"Kavkaz.Realii”nin redaktorları İsveç polisinə rəsmi şəkildə müraciət edib və ona "Hələlik əvvəlki şərhimizə əlavə edəcəyimiz heç nə yoxdur” cavabını alıblar.

Bundan əvvəl İsveç polisi Abdurahmanovun mümkün qətli ilə bağlı məlumatı təsdiqləməyib və şərh etməyib.

Bloqqer noyabrın sonundan bəri əlaqə saxlamayıb. Onun İsveçdə ölümü ilə bağlı təsdiqlənməmiş məlumat dekabrın 1-də İçkeriya tərəfdarlarının teleqram kanallarından birində yayılıb. Daha sonra dekabrın 5-də 1ADAT teleqram kanalı Kadırovun tənqidçisinin qətli ilə bağlı xəbər yayıb və diaspor liderlərindən biri Anzor Məshədov da məlumat paylaşıb.

Eyni zamanda, bir sıra çeçen ictimai xadimləri bloqqerin ölümü ilə bağlı məlumatların etibarlılığını şübhə altına alıblar.

2020-ci ilin fevralında Tumso Abduraxmanova İsveçdəki mənzilində sui-qəsd edilib. Bloqqer hücumçunu tərksilah etməyə və polisə müraciət etməyə müvəffəq olub. İş üzrə hökm 2021-ci ilin yanvarında çıxarılıb. Mühakimə olunan Rusiya vətəndaşları 10 il həbs cəzası alıblar. Cinayətin konkret sifarişçiləri müəyyən edilməyib, lakin prokuror məhkəmədə bildirib ki, "izlər Qroznıya aparır”.

Tumsoya hücumla bağlı məhkəmə hökmü çıxarıldıqdan sonra Abdurəhmanov Almaniyada qardaşı Məhəmmədə qarşı sui-qəsdin qarşısını alıb.
 
Alpər