Xəbər lenti

İsveçdəki yeni səfir Şeyxin kürəkəni imiş
Siyasət06:12 13.08.2013

İsveçdəki yeni səfir Şeyxin kürəkəni imiş

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin avqustun 12-də imzaladığı sərəncamla Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Ölkə başçısının digər sərəncamı ilə Adış Məmmədova birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.

Modern.az saytına məlum olub ki, Adış Məmmədov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam hacı Allahşükür Paşazadənin kürəkənidir.

A.Məmmədov əvəllər Bakı Dövlət Universitetində müəllim işləyib, sonralar Azərbaycanın İrandakı səfirliyində çalışıb.

Qaynar.info