Xəbər lenti

İsveçrə BMT tədbirində iştirak etmək istəyən rusiyalı nümayəndələrə viza vermədi
Dünya05:40 27.07.2022

İsveçrə BMT tədbirində iştirak etmək istəyən rusiyalı nümayəndələrə viza vermədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsveçrə BMT-nin Cenevrədə keçirilən tədbirlərində iştirak etmək istəyən rusiyalı nümayəndələrə viza verməyəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın beynəlxalq təşkilatdakı nümayəndəsi İrina Tyajlova bildirib.
"OEWG-nin (Open Ended Working Group) səmərəli fəaliyyətinin təmin edilməsi baxımından dövlətlərin danışıqlar prosesində tam iştirakı mühüm əhəmiyyət kəsb edir. Biz təkcə ABŞ-ın deyil, İsveçrənin də BMT agentliklərinə ev sahibliyi etmək öhdəliklərini yerinə yetirməməsinə diqqət çəkirik”.
Diplomat bu praktikanı "qəti şəkildə qəbuledilməz ayrı-seçkilik” adlandırıb, çünki dövlətlərin nümayəndələri süni şəkildə yaradılmış viza maneələri bəhanəsi ilə BMT-nin himayəsi altında keçirilən tədbirlərdən kənarlaşdırılır.
Bazar ertəsi, iyulun 25-də BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında Kibertəhlükəsizlik üzrə OEWG sessiyası açılıb. Rusiya Qərb İT şirkətlərinin akkreditasiyasını blokladıqdan sonra ABŞ Rusiyanın WGE-dəki nümayəndə heyətinin rəhbərinə viza verməkdən imtina edib.
Alpər